aze | rus | eng



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş konsert

7 may 2014-cü il tarixində Kamera və Orqan musiqisi zalında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin gənc ifaçılarının konserti keçirilmişdir. Konsertdə istedadlı şagirdləri Xalq artisti, məktəbin direktoru Teymur Göyçayevin rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət etmişdir. Keçirilən bu tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə, Heydər Əliyev Fondunun 10 illiyinə həsr  olunmuşdur.

     Tədbirin təşkilatçısı, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayevin sözlərinə istinad etsək, konsert bu iki önəmli hadisə ərəfəsində keçirilərək dinləyicilərə xoş anlar bəxş etmək məqsədi daşımışdır.  Konsertin birinci hissəsində Azərbaycan və xarici klassik nümunələri, ikinci hissədə yalnız Azərbaycan bəstəkarlarının əsərləri səslənmiş, sonda kiçik jazz-estrada bloku təqdim edilmişdir.

     Konsertdə məktəbin istedadlı şagirdləri Məftun Səfərli, Azər Quliyev, Murad Tağıyev, Ağasəməd Həsənov, Ərol Rzayev, Qənbər Məmmədov, Rusalina Hüseynzadə, Məryam Məmmədova, Yelizaveta Kizel, Ənvər Kərimov, Kənan Məmmədzadə, Nisbət Sədrayeva, Rəşid Bəylərli, Ruslan Daşdəmirov, Fazil Quliyev, Nərgiz Eminova, Sona İskəndərli, Zinyət Rəhimova, Orxan Cəlilov, Elxan Nİftiyev, Cavanşir Rüstəmbəyli, Nigar Cəlilova, İradə Musayeva, Çinarə Əzimova, Nərminə İsmayılova və Asif Quliyev parlaq ifa nümayiş etdirmişlər.

   

 


Читать полностью:  http://news.day.az/culture/488725.html


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.