aze | rus | eng



"İnterdom" 81 yaranmasına həsr olunmuş konsert

    Sentyabr ayının 28-də Bakıda "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi"nin təşkilatçılığı ilə   "İnterdom" Beynəlxalq uşaq evinin yaranmasının 81 illiyini qeyd etmək məqsədilə konfrans təşkil olunmuşdur. Konfransda dünyanın 50 ölkəsindən olan 150-dək məzun,  eləcə də Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Sentyabr ayının 30-da Beynəlxalq Muğam Mərkəzində konfrans iştirakçılarına konsert proqramı təqdim olunmuşdur. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış etdilər. Çinarə Əzimova, Leyla Zeynalova,Vurğun Vəkilov, Atabəy İsmayılov, Aytən İbrahimova, Səidə Babışova, Mərziyə Hüseynova, Nigar Cəlilova, Cəmilə Əsgərzadə, Aydın Zeydullayevin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.