aze | rus | eng



YAP yaranmasının 22 illiyi qeyd olundu

   Noyabr ayının 21-də Bülbül adına orta ixtisas musiqi məktəbində Yeni Azərbaycan Partiyasının  yaranmasının 22 ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan  ərazi ilk partiya təşkilatının sədri  Aytən Əhmədova Yeni Azərbaycan Partiyasının yaradılmasının 22 illiyi münasibətilə hər kəsi təbrik etdi. Öz çıxışında A.Əhmədova partiyanın tarixi zərurətdən yarandığını, ümumxalq partiyasına çevrildiyini vurğulamışdır.  Məktəbin tədris-tərbiyə işləri üzrə direktor müavini Nigar  Baxşiyeva öz çıxışında  YAP-ın dövlətin və cəmiyyətin davamlı inkişafı naminə çalışdığı haqda danışaraq  ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin günü-gündən inkişaf etdiyini qeyd etmişdir.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.