aze | rus | eng



Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Fikrət Əmirova həsr olunan kitabın təqdimatı keçirilib

  Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimat mərasimi keçirilib.  "Fikrət Əmirov" kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın "Sevil" operası və "Min bir gecə" baletinin CD-ləri daxildir. Qonaqların diqqətinə "Fikrət Əmirovun musiqi əsərlərinin antologiyası" da çatdırılıb.

    Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Bülbül adına orta ixtisas m ujsiqi məktəbinin şagirdlərinin  ifasında (A.İsmayılov, M.Hüseynova, L.Zeynalova, C.Rüstəmbəyli, N.Cəlilova, G.Qüdrətli, S.Babışova, M.Səfərli)  F.Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunub.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.