aze | rus | eng



Zəmanəmizin görkəmli bəstəkarı anıldı

    Fevralın 5-də Niyazinin ev-muzeyində Q.Qarayevin anadan olmasının 97 -ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxış etmişdir. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

    Tədbirdə məktəbin şagirdlərindən Məhəmmədəli Paşazadə, Zərifə Alxazova, Leyla Zeynalova Q.Qarayevin əsərlərini ifa etmişlər.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.