aze | rus | eng



"İ.S.Baxın musiqi gecəsi"
   2015-ci il martın 30-da L.və M.Rostropoviçərin ev –muzeyində Mstislav Rostropoviçin  anadan olmasının 88-ci il dönümü ilə əlaqədar, dahi alman bəstəkarı İ.S.Baxin 330 illiyinə həsr olunmuş “İ.S.Baxın musiqi gecəsi” adlı tədbir keçirilmişdir.Tədbiri muzeyin direktoru Şeyla xanım Heydərova açaraq İ.S.Bax ölməz musiqisinin maestro M.Rostropoviçin yaradıcılığında əhəmiyyətindən danışdı. Tədbirdə ev muzeyinin fondundan nadir eksponatlardan ibarət olan sərgi nümayiş olundu.   Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin Respublika və Beynəlxalq müsabiqə laureatları iştirak etmişlər. M.Tahirova, M.Məmmədov, Ə.Hüseynli, A.Şabanova, R.Məmmədov, İ.Peçkurov, A.Kara, R.Daşdamirov, R.Hüseynzadə, F.Əliyeva,C.Əsgərzadə, Z.Alxazova, L.Zeynalova, R.Behbudov İ.S.Baxın əsərlərini böyük məharətlə ifa etmişlər.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.