aze | rus | eng



Nəfəs alətləri ifaçılarinin konserti

   2015-ci il aprel ayında Bülbül adına orta ixtisas musiqi məktəbinin Böyük zalında Nəfəs alətləri ifaçılarının konserti keçirilmişdir. Konsertdə AMK-nın nəzdində Musiqi Kollecinin nəfəs alətləri orkestri, nəfəs alətləri şöbəsinin tələbələri, həmçinin Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri rəngarəng  proqramla çıxış etdilər. Musiqi Kollecinin direktoru Nazim Kazimov çıxış edərək iki təhsil müəssisəsi arasında birgə konsertlərin keçirilməsinin əhəmiyyətindən danişdı.Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq Artisti Teymur Göyçayev yüksək səviyyədə keçirilən konsert münasibəti ilə ifaçıları təbrik etdi. Nəfəs alətlərinin təbliğində belə konsertlərin keçirilməsinin vacibliyini vurğuladı



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.