aze | rus | eng



“Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı

Martın 30-dan aprelin 4-dək  Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” I Respublika festivalı keçirilmişdir.    Festivalın təşkilində məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm rolu olan milli musiqi gen yaddaşının fəallaşdırılması, musiqi və incəsənət məktəbləri şagirdlərində öz milli köklərinə, Azərbaycan xalq sənətinin əsaslarına marağın artırılması olmuşdur.Respublika Festivalında XI sinif şagirdi Vəkilov Vurğun laureat, IV sinif şagirdi Tahirova  Məryam laureat, X sinif şagirdi Bahadur Rzayev diploma layiq görülmüşdür.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.