aze | rus | eng



Q.Qarayev adına Dövlət Kamera orkestrinin konserti

2015-ci il aprelin 14-də Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti keçirilmişdir. Proqrama romantizm dövrünün bəstəkarlarının əsərləri daxil edilmişdir. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Nəzrin Abbaslı, Fatimə Əliyeva, Rəşid Behbudov çıxış etmişlər. N.Abbaslı F.Şubert-F.Listin "İthaf" əsərini, F.Əliyeva F.Şopenin A-dur Polonezini, R.Behbudov F.Şopenin Konsert №1 böyük məharətlə ifa etmişlər.

http://news.day.az/culture/571151.html?crnd=111



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.