aze | rus | eng



Frederik Şopenə həsr olunmuş tədbir

2015-ci il iyun ayının 30-da Niyazinin ev-muzeyində F.Şopenin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır. Daha sonra Yelena Boqoyevskaya F.Şopenin yaradıcılığı haqqında məruzə etmişdir. Bütün çıxışlar Frederik Şopenə həsr olunmuş slayd-şou ilə müşayiət olunmuşdur. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri  L.Zəkiyeva, Ü.Ağayeva, R.Behbudov , N.İsmayılovanın ifalarında F.Şopenin əsərləri səslənmişdir.

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.