aze | rus | eng



Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illik yubileyi münasibəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasinda konsert

Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulan Bülbül adına orta ixtisas musiqi məktəbi özünəməxsus simaya və böyük nüfuza malik bir təhsil ocagıdır. Azərbaycan mədəniyyətinin önlərində duran görkəmli sənətkarlar bu məktəbin məzunları olmuşlar. Bu qocaman təhsil ocağı öz yetirmələri – bəstəkarlar, musiqişünaslar, dirijorlar, pianoçu və skripkaçılar, vokal ifaçıları və xanəndələri, xalq çalğı alətləri ifaçıları ilə fəxr edir. Çağdaş musiqi mədəniyyətimizi dünya miqyasına çıxarıb beynəlxalq dairələrdə böyük nüfuza qaldıran sənətkarların böyük qismi Bülbül adına məktəbin yetirmələridir. Qeyd olunmalıdır ki, Azərbaycanda musiqi sülalərinin yaranmasında Bülbül adına orta ixtisas musiqi məktəbinin rolu danılmazdır.
Azərbaycan Sovet Respublikası Xalq Maarif Komissarlığının musiqi şöbəsinə başçılıq edən Ü.Hacıbəyli musiqi təhsili müəssisələrinin təşkili və milli kadrların hazırlanmasını birinci dərəcəli məsələ kimi ön plana çəkirdi. Ü.Hacıbəylinin təklif etdiyi proqramda musiqi təhsili ibtidai, orta və ali pillələrdən ibarət idi. 
Xalq Maarif Komissarlığı “Xüsusi istedada malik uşaqlar qrupu”nun yaradılması barədə qərar qəbul etdi .
Üzeyir Hacıbəyovun təklifi ilə istedadlı pianoçu, gözəl təşkilatçı Kövkəb xanım Səfərəliyeva yekdilliklə məktəbə direktor təyin olunur. 
Bu qrupun şagirdləri arasında gələcəkdə nəinki respublikada, həmçinin onun hüdudlarından çox-çox uzaqlarda məşhurlaşan musuqiçilər, Elmira Nəzirova, Bela Davidoviç, Rauf Atakişiyev Çingiz Sadıxov, Səyyarə Kərimova, İzabella Abezqauz və başqaları var idi.
1961-ci ildə 10 illik musiqi məktəbi hökumətin qərarı ilə orta ixtisas musiqi məktəbi adlanmağa başladı və ona görkəmli müğənni Bülbülün adı verildi. On illik təhsil müddəti on bir illik təhsil müddəti ilə əvəz olundu. Məktəb, doğrudan da, Ü.Hacıbəylinin arzuladığı kimi Konservatoriyanın əsas kadr təchizatçısına çevrildi.
Bu illər Azərbaycan musiqi tarixində mühüm yaradıcılıq və ifaçılıq nailiyyətləri ilə səciyyələndi.
Məhz bu dövr musiqi mədəniyyətimizin inkişafında keyfiyyətcə yeni mərhələ açdı və onun üzə çıxardığı intellektual, yaradıcılıq potensialı sonrakı illərin də durumunu müəyyənləşdirdi.
Bu böyük və güclü potensialın yaranıb ərsəyə gəlməsində Bülbül adına məktəbin rolu danılmazdır.
Məktəbin fəaliyyətinin əsas məqsədi respublikanın xüsusi və parlaq musiqi istedadına malik uşaqlarının aşkara çıxarmaq, onların potensial imkanlarlnın inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün əlverişli şərait yaratmaq, bacarıq və vərdişlərini inkişaf etdirmək, onları hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşdırmaq, həmçinin şagirdləri təhsillərini ali musiqi məktəblərində davam etdirməyə və peşəkar fəaliyyət göstərməyə hazırlamaqdan ibarətdir

Məktəbdə hal-hazırda aşagıdakı ŞÖBƏLƏR fəaliyyət göstərir

İxtisas Fortepiano

Ümumi fortepiano

Orkestr 
- simli alətlər (violin, v-cello, viola, arfa) -

Nəfəs alətləri (klarnet, qoboy, fleyta, valtorna, tuba, trombon, faqot, saksofon)

Xalq çalği alətləri 
tar, kamança, qanun, balaban- xanəndə

Nəzəriyyə 
nəzəriyyə, bəstəkarlıq, vokal, xor dirijorluğu

Ümumtəhsil şöbəsi

Bu günə qədər məktəb bir çox uğurlara imza atmış, şagirdlərimiz beynəlxalq səhnələrdə Azərbaycanı layiqincə təmsil etmişlər.
Belçikanın Namur şəhərində keçirilən “Bravo” 
İtaliyada keçirilən “Cıtta di Pesaro” Beynəlxalq müsabiqəsi
Estoniyanın Narva şəhərində keçirilən Beynəlxalq Şopen müsabiqəsi
Böyük Britaniyanın NyuKasl şəhərində keçirilən gənc pianoçuların Beynəlxalq müsabiqəsi 
Polşanın Şafarniya şəhərində keçirilən pianoçuların Beynəlxalq müsabiqəsi
Latviyada keçirilən “Riqa Siphony” müsabiqəsi 
İsraildə keçirilən Ruth Levis Beynəlxalq Klarnet ifaçılarının müsabiqəsi 
Estoniyanın Koxle-Yarve şəhərində keçirilən akademik vokal üzrə beynəlxalq müsabiqə 
Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların Beynəlxalq müsabiqəsi 
Parisdə gənc ifaçıların Super Fleuristeame” Beynəlxalq müsabiqəsi
Ukraynada keçirilən “PentaTon”gənc bəstəkarların musiqi müsabiqəsı
Ukraynada keçirilən gənc bəstəkarların “Maestro” beynəlxalq müsabiqəsi
Tbilisi şəhərində gənc pianoçuların Beynəlxalq müsabiqəsi
Azərbaycan Mədəniyyət Fondunun Layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirlən Muğam müsabiqəsi
Azərbaycan Prezidentinin Sərəncamına əsasən 27şagirdimizin adları Azərbaycanın gənc istedadlarının “Qızıl Kitabına” yazılmışdır.

Bülbül adına orta ixtisas musiqi məktəbi bir çox Müsabiqə və Festivalların təşəbbüskarı və təşkilatçısı olmuşdur.
SSRİ Xalq Artisti Bülbülün anadan olmasının 110,115,120 illiyinə həsr olunmuş milli musiqi alətləri, xanəndə və vokal ifaçıların musiqi festivalı
Ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə ümumtəhsil və orta ixtisas təhsil müəssisələrinin şagird və tələbələrinin I, II, III Respublika 
müsabiqəsi,
"Future Stars"Beynəlxalq Musiqi Festivalı
Pedaqoq, pianoçu və ictimai xadim H.Neyqauzun anadan olmasının 125 illik yubileyinə həsr olunmuş gənc pianoçuların ümumşəhər festivalı
bəstəkarı İ.Haydnın 280, görkəmli İtaliya bəstəkar və violin ifaçısı N.Paganinin 230 illik yubileylərinə həsr edilmiş pianoçu və violin ifaçılarının Festivalı
Nəfəs və zərb alətləri ifaçılarının festivalı keçirilmişdir.
“Barokko musiqisi” adlı gənc ifaçıların ümumşəhər Festivalı

Bülbül adına orta ixtisas musiqi məktəbi Azərbaycan musiqi mədəniyyətinin daim çağlayan çeşmələrindən biriidir. Şagirdləri üçün bu məktəb təkcə örnək deyil, tanınmış, görkəmli şəxsiyyətlər yetişdirən, eyni zamanda «keyfiyyət möhürü» qazanmış professionallar tərbiyə edən bir təhsil ocağıdır.
Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbinin Avropanın nüfuzlu musiqi təhsil ocaqları ilə yanaşı dayanmağı üçün bütün potensialı vardır. Şagirdlərimiz təhsillərini Avropanın təhsil müəssisələrində yüksək səviyyədə davam etdirirlər.
Məqsədimiz bu müqəddəs məkanı müasir incəsənət məbədinə çevirməkdir.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.