aze | rus | eng



17 aprel tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan zalında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi festivalının yekun konserti keçirildi

17 aprel  tarixində Azərbaycan  Dövlət  Akademik Filarmoniyasının Kamera və Orqan zalında XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində ”Olimpiya Mədəniyyəti  və Təhsil Proqramı”(Osep 2019) layihəsində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə  “Şərqlə-Qərbin körpüsündə” adlı Musiqi festivalının yekun konserti   keçirildi.

Konsertdə Bülbül adına  Orta İxtisas Musiqi Məktəbinin Xalq Çalğı Alətləri, Fortepiano və  Orkestr şöbəsi, “Tutti” Kamera Orkestri,  Azərbaycan Dövlət Gənclər və Simfonik Orkestri, Bülbül  adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərindən ibarət xorunun ifasında Azərbaycan Muğam sənətinin inciləri və “Barokko” dövrünün əsərləri   səsləndi.

Konsertdə Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin şagirdləri Respublika
və Beynəlxalq Müsabiqələr laureatları Fidan Hüseynli, Alim Abdullayev, Şəmsi Əbilli, ƏliSöhrabi, Cavanşir Rüstəmbəyli, Əli Rüstəmbəyli,Ülkər Abdullayeva ,Əli Vəliyev,Pərvin Vəlizadə,Yelizaveta Kizel,Müjga n Zülfüzadə,Sənan Quluzadə,Rəşid Bəylərli,Rəvan Mustafazadə,23 saylı musiqi məktəbinin şagirdi Günəş Cəfərova, əməkdar artist Ilham Nəzərov ,“Tutti” Kamera Orkestri, Azərbaycan Dövlət Gənclər və Simfonik Orkestri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərindən ibarət xorunun ifasında Azərbaycan Muğam sənətinin inciləri və “Barokko” dövrünün əsərləri səsləndi.
Konsert alqışlarla sona çatdı.

 

 



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.