aze | rus | eng



Yeni dərs iliniz mübarək!

Əziz müəllimlər, şagirdlər və valideynlər!

Hamınızı yeni 2013-2014-cü tədis ilinin başlanması münasibəti ilə ürəkdən təbrik edirəm. Qoy bu il ötən dərs illərindən daha məsuliyyətli olaraq uğurlu və yeni yaradıcılıq axtarışları ilə yadda qalsın.Bu tədris ili kiçik dostlarımızın-birincilərin yeni həyata- məktəb həyatına atdıqları ilk addım, onbirincilərin bu mərhələdə son addımıdır. Bütün şagirdlərimizə daim uca zirvələrədə olmağı arzu edirəm.

    Yeni tədris ilinin başlanğıcı eyni zamanda digər bir əlamətdar gün ərəfəsindədir. 18 sentyabr - Milli Musiqi Günüdür. Bu gün münasibəti ilə bütün musiqiçiləri və musiqisevələri təbrik edir, daim professional və zövqlü musiqi dinləməyi arzu edirəm.

                                                           Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru,

                                                                          Xalq  artisti  Teymur Göyçayev



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.