aze | rus | eng



"Muğam televiziya müsabiqəsi 2013"-də şagirdimizin uğuru

   Noyabrın 6-da  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi–2013”ün final mərhələsi keçirilib.Müsabiqənin münsiflər heyətinin qərarı ilə məktəbimizin X sinif şagirdi Qüdrətli Gülnar III yerə layiq görülüb. Gülnarı, onun müəllimi Əməkdar artist Hüseynova Nuriyyə xanımı ürəkdən təbrik edirik.

   Qeyd edək ki, avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində “Muğam televiziya müsabiqəsi-2013”ün startı verilmişdir. Müsabiqənin münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Əməkdar İncəsənət Xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov olmuşdur.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.