aze | rus | eng



"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018- 2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində,8a sinfində yeniyetmələrin psixonevroloji və psixoloji skrininqlərin aparılması mövzusunda tədbir keçirilir.
"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018- 2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində,yeniyetmələrin psixonevroloji və psixoloji skrininqlərin aparılması mövzusunda, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində yeniyetmələrlə daima müxtəlif işlər aparılır.
Müasir dövrdə yeniyetmələrin həyat tərzi, düşüncələri, onların maraq dairəsi ilə bağlı müxtəlif problemlər yaşanır. Bu problemlərin vaxtında üzə çıxması, qarşısının alınması işində ailə ilə bərabər psixoloqun da köməyi sözsüzdür.Bülbül adına Orta İxtisas Musiqi Məktəbində yeniyetmələrdə psixonevroloji və psixoloji skrininqlərin aparılmasında həkim Zivər Dadaşova və psixoloq Sona Rüstəmova müxtəlif tədbirlər həyata keçirir. 8”a” sinif şagirdləri ilə aparılan söhbətlərdə onların özünü dərk, özünü idarə, daxili aləmin bölüşməsi ilə bağlı tərəddüdlərdən danışdılar. Sonda yeniyetmələrdə rast gəlinən psixonevroloji proseslərin qabarmaması üçün ətrafla daim ünsiyyətdə olmaq tövsiyyə olundu.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.