aze | rus | eng



“Nizami Gəncəvi İli” çərçivəsində 8(a) sinifində,"Nizaminin qadın obrazlarının ibrət dərsləri" mövzusunda açıq dərs keçirildi.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir.2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.Bununla əlaqədar Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir.
4 mart 20201- ci il tarixində
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 8(a) sinifində, ədəbiyyat muəllimi Sevda Cəbrayılovanın rəhbərliyi ilə "Nizaminin qadın obrazlarının ibrət dərsləri" mövzusunda açıq dərs keçirildi.


Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.