aze | rus | eng



"Mədəni irsimiz və dünya təcrübəsi

  21 aprel 2014-cü ildə, Qobustan Milli Tarix Bədii qoruğunda “Beynəlxalq Abidələr və Tarixi Yerlər günü” ilə əlaqədar olaraq “Mədəni İrsimiz və Dünya Təcrübəsi” adlı tədbir keçirilmişdir. Tədbirin rəsmi hissəsində iştirakçılara  dünya mədəni irsi haqqında, Qobustan qoruğu haqqında, qoruqda görülən işlər haqqında və qoruğun beynəlxalq əlaqələri haqqında məlumat verilmişdir. Bədii hissədə isə Bülbül adına Orta İxtisas Musiqi məktəbinin şagirdləri Şəmsi Əbilli, Nigar Cəlilova, Məftun Səfərli və Cəlal Məlikli konsert proqramı ilə çıxış etmişdir. Xanəndələri Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev və Ruhulla Dadaşov müşayiət etmişdir.



Fotoqalereya


Copyright © 2012. Bütün hüquqlar qorunur. Sayt aparıcı studiya lider.az tərəfindən hazırlanmışdır.