aze | rus | eng



   Aprelin 26-da 190 nömrəli orta məktəbdə görkəmli nasir və dramaturq, Xalq Yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə İlyas Əfəndiyev haqqında sənədli film nümayiş olunmuşdur. Həmçinin İlyas Əfəndiyev haqqında görkəmli şəxsiyyətlərin fikirləri, eləcə də ona ithaf olunmuş şeirlərdən parçalar səsləndirilmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin şagirdləri Məftun Səfərli və Cəlal Məlikli tədbirdə çıxış etmişlər. Xanəndələri Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev və Ruhulla Dadaşov müşayiət etmişdir.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az