aze | rus | eng



    Bülbül adına orta ixtisas musiqi məktəbinin II sinif şagirdi Röya Hüseynova Bolqarıstanda keçirilən gənc pianoçuların  III “VİVAPİANO”  Beynəlxalq müsabiqəsində uğurla çıxış etmişdir. Röya bu müsabiqədə 2 medal  və müsabiqənin II dərəcəli diplomuna layiq görülərək laureat adını qazanmışdır.  Eyni zamanda Röya “Karl Filipp Emanuel Baxın əsərinin ən yaxşı ifaçısı” diplomina da layiq görülmüşdür. Gənc pianoçu 7-8 yaş qrupunda çıxış edərək K.Bax, F.Şubert, A.Lemuan, T.Quliyev, həmçinin bolqar bəstəkarı A.Rayçevin  pyeslərini ifa etmişdir. Röya Hüseynovanın müəllimi Zərifə xanım Məmmədyarovadır.

  Müsabiqə aprelin 24-27 tarixlərində “Bulgaria” konsert kompleksində keçirilmişdir. Müsabiqədə 170 gənc pianoçu öz qüvvəsini sınamışdır. Gənc ifaçıları Avstriya, Fransa, Rumıniya, Albaniyadan olan münsiflər heyəti qiymətləndirmişdir.

 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az