aze | rus | eng



2014-cü il 25-30 avqust tarixlərində Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların  V Beynəlxalq müsabiqəsi və  ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Dünyanın 11 ölkəsindən 147 gənc vokalçının qatıldığı bu nüfuzlu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Çinarə Əzimova və Sona İsgəndərli təmsil edirdilər. Müsabiqənin münsiflər heyətinə  zəmanəmizin görkəmli musiqiçiləri  Xuan Pons (ispaniya), Beatris Parra (Ekvador), Bruno Pratiko (İtaliya),  Miqel Lerin (İspaniya), Makvala Kasraşvili (Rusiya), Qalina Pisarenko (Rusiya),  Ruzanna Lisisian (Rusiya) dəvət olunmuşdular.

   Azərbaycanlı ifaçılar müsabiqədə  böyük uğura imza atmışdılar. Belə ki,  VII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Əzimova Çinarə münsiflər heyətinin qərarı ilə  II  yerə layiq görülərək laureat adını qazanmışdır. VIII sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı İsgəndərli Sona isə müsabiqənin diplomantı adına layiq görülmüşdür. D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında keçirilən  Qaliblərin təltif olunma və  yekun konsertində   Əzimova Çinarənin çıxışı böyük maraqla qarşılanmışdır.  Hər iki vokalçının müəllimi Sənətçünaslıq namizədi İradə xanım Xəlilovadır. 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az