aze | rus | eng



   Sentyabr ayının 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Dövlət Kamera Orkestrinin konserti olmuşdur (Bədii rəhbər və baş dirijor, Xalq Artisti Teymur Göyçayev). Konsertin proqramına Azərbaycan bəstəkarlarının əsərləri daxil edilmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, məzunları və müəllimləri konsertdə böyük uğurla  çıxış etdilər. Dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Görüş səhnəsi" Nigar Cəlilova və Məftun Səfərli, "Sənsiz" romansının fortepiano və orkestr üçün işləməsi Nəzrin Abbaslı,   "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası Mərziyyə Hüseynovanın ifasında böyük məharətlə səsləndi. VIII sinif şagirdi Leyla Zeynalovanın çıxışı dinləyicilərin böyük marağına səbəb olmuşdur. Belə ki, Leyla konsertdə həm pianoçu, həm də viloin ifaçısı kimi çıxış etmişdir.Onun ifasında Q.Qarayevin "Eskiz" əsəri və   A.Əliyev - Həşimovun violin üçün işləməsi olan Bayatı-Şiraz" əsəri böyük bacarıqla ifa olunmuşdur. VII sinif şagirdi Çinarə Əzimovanın ifasında V.Adıgözəlovun "Bakı haqqında mahnı", BMA-nın tələbəsi Aslan Aslanovun ifasında  A.Bəbirovun "Skertso" əsəri tamaşaçıların sürəkli alqışlarına səbəb olmuşdur.  F.Əmirovun "Mən səni araram" əsəri Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Şəhriyar İmanovun ifasında böyük ustalıqla ifa olunmuşdur.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az