aze | rus | eng



26 fevral 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planın təsdiq edilməsi haqqında” 26 yanvar 2015-ci il 6 nömrəli Sərəncamına uyğun olaraq Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilmişdir.  Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri İ.Peçkurov, F.Hüseynli, Ç.Əzimova, C.Rüstəmbəyli, R.Daşdamirov, R.Bəylərli, C.Məlikli, H.Abdullayev, N.Cəlilova, Z.Alxazova, Gülnar Qüdrətli çıxış etmişlər. Prezident təqaüdçüsü M.Əsədullayev, M.Abseynov, N.Məsimov, R.Dadaşov konsertdə iştirak etmişlər.

 



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az