aze | rus | eng



    2015-ci il mart ayında Estoniyanın Narva şəhərində İ.S.Bax adına gənc ifaçıların Beynəlxalq müsabiqəsi keçirilmişdir. Məktəbin X sinif şagirdi, Beynəlxalq müsabiqə laureatı Nəzrin Abbaslı müsabiqənin Gran-Pri mükafatına layiq görülmüşdür.   Bu Nəzrinin ilk qələbəsi deyil. 2012-ci ildə SSRİ Xalq Artisti M.Kajlayevin rəhbərliyi ilə Maxaçqala şəhərində keçirilən gənc ifaçıların Beynəlxalq müsabiqə-festivalında da Nəzrin Abbaslı Gran-Pri mükafatına layiq görülmüşdür. N.Abbaslının müəllimi Əməkdar müəllim Ədilə xanim Rəhimovadır. Bu müsabiqədə həmçinin  orkestr şöbəsinin X sinif şagirdi Qəmər Kərimova da iştirak edərək I yerə layiq görülmüşdür.

      Hər iki ifaçını təbrik edərək yeni uğurlar arzulayırıq.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az