aze | rus | eng



Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunan Mədəniyyət İdarəsinin nəznində fəaliyyət göstərən Uşaq Musiqi Məktəbi və İncəsənət Məktəblərinin fortepiano müəllimlərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə ustad dərsləri keçirildi.Ustad dərslərində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Xanım Məhərrəmova 5 gün davam edən ustad dərslərində iştirak edərək şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə məsləhətlər verib.
Ustad dərslərinin son günü dinləyicilərə Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən sertifikatlar,dərs deyən müəllimlər isə diplomlarla təltif olundu.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az