aze | rus | eng



Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11. 2020 F- 512 əmri ilə təsdiq edilmiş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq, 4 dekabr 2020- ci il tarixində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Xa sinif şagirdləri ilə tarix müəllimi Nigar Baxşiyeva "Şanlı Zəfər Tariximiz" adlı videomühazirə keçirdi. Videomühazirədə 44 günlük müharibə zamanı Azərbaycan xalqının Tarixi Qələbəsi,torpaqlarımızın işğaldan azad olunması, Ali Baş komandanımız Cənab İlham Əliyevin yürütdüyü siyasət və igid əsgərlərimizin "Şanlı Zəfər Tariximiz"in yazılmasından söhbət açıldı. Sonda şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az