aze | rus | eng



2014-cü il  yanvarın 31-də  "Kristall-Hall"da Səbail rayon gənclərinin 2 Fevral - "Gənclər Günü"nə həsr olunmuş möhtəşəm bayram balı keçirildi. Tədbirdə rayonun ictimai-siyasi həyatında və digər  sahələrdə fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə  Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbi " İlin ən yaxşı  Gənclər Təşkilatı " nominasiyasında mükafata layiq görülmüşdür. Məktəbin IX sinif şagirdi, Prezident təqaüdçüsü Atabəy İsmayılov musiqi sahəsində qazandığı nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur.
   Məktəbin müəllim kollektivini,  şagirdləri bu mükafatlar münasibəti ilə təbrik edirik, yeni qələbələr arzulayırıq!



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az