aze | rus | eng



     Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq Artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə muzeyin  direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova dünya şöhrətli bəstəkarın irsinin tədqiqi ilə bağlı görülən işlərdən geniş söhbət açmışdır. Bildirmişdir ki, bu yaxınlarda dahi bəstəkarın irsini Rusiya Federasiyasının Moskva şəhərindəki teatrlarda tədqiq edərkən ona aid bir sıra maraqlı materiallar əldə etmişdir.
Muzeyin direktoru Alla Bayramova Moskva şəhərindəki teatrlarda əldə etdiyi materialları, o cümlədən M.N.Yermolova adına Moskva Dram, Mossovet adına Dövlət Akademik, Y.Vaxtanqov adına Dövlət Akademik Dram, Dövlət Akademik Malı teatrlarında səhnəyə qoyulmuş tamaşalara Qara Qarayevin yazdığı musiqinin not yazılarının surətlərini, proqramlarını, həmçinin fotoşəkillərinin surətlərini təqdim etmişdir. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur.
  Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim edilmişdir. Məktəbin şagirdləri Fatimə Əliyeva, Orxan Məlikli, İzzət Peçkurov, Aytən İbrahimova, Zərifə Alxazova, Atabəy İsmayılov,Səid Bağırzadə, Aytac İbrahimli,  Nuridə Həsənli, Cavanşir Rüstəmbəyli konsert nömrələri ilə çıxış etmişlər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az