aze | rus | eng



   Aprelin 25-də  Niderlandın Maastricht Musiqi Akademiyasının rektoru drs. Jan Rademakers  Bülbül adına orta ixtisas musiqi məktəbinin qonağı olmuşdur.  Görüş zamanı Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq Artisti Teymur Göyçayev qonağa məktəb haqqında geniş məlumat vermiş, məktəbin son dövrdə  əldə etdiyi nailiyyətlərdən danışmışdır. Öz növbəsində Jan Rademakers rəhbərlik etdiyi Musiqi Akademiyasının planlarından danışmış, gələcəkdə birgə layihələrin olacağına ümid etdiyini bildirmişdir.  Məktəbin şagirdləri Cavanşir Rüstəmbəyli, Kənan Məmmədzadə, Səid Bağırzadə, Leyla Zeynalova və Aydın Zeydullayev kiçik konsert proqramı ilə qonağın qarşısında  çıxış etmişlər.



Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az