aze | rus | eng



Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi MDB ölkələrinin birgə layihəsində uğurla çıxış etdi
31 may – 7 iyun 2025-ci il tarixlərində Rusiyanın Samara və Novokuybışevsk şəhərlərində məşhur viola ifaçısı və dirijor Yuriy Başmetin adını daşıyan XV “Uşaq Musiqi Akademiyası” (Юбилейная XV Детская Музыкальная Академия стран СНГ им. Юрия Башмета) adlı beynəlxalq yubiley tədbiri keçirildi.
Akademiyanın əsas məqsədi – MDB ölkələri arasında yaradıcılıq mübadiləsini gücləndirmək, gənc musiqiçilərin inkişafını dəstəkləmək və ölkələrarası dostluq münasibətlərini möhkəmləndirmək olub.
Bu nüfuzlu layihədə Azərbaycanı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinif şagirdi Uğur Nəbi uğurla təmsil etdi. O, öz peşəkarlığı və musiqiyə olan bağlılığı ifası ilə müəllimlərin və iştirakçıların diqqətini cəlb etdi.
Tədbir çərçivəsində gənc musiqiçilərə 4 dəfə Moskva Dövlət Konservatoriyasının professor və müəllimləri* tərəfindən ustad dərsləri və məsləhətlər verildi.
Uğur Nəbi *Moskva Konservatoriyasının dosenti, Mərkəzi Musiqi Məktəbinin müəllimi Sergey Aleksandroviç Qlavatskixdən ustad dərsləri alaraq dəyərli bilik və təcrübə əldə etdi.
Azərbaycan təmsilçisinin bu beynəlxalq tədbirdə iştirakı gənc musiqiçilərimizin dünya səviyyəli platformalarda inkişafına şərait yaradılması baxımından böyük əhəmiyyət daşıyır.
Şagirdimizi bu önəmli tədbirdə iştirakına görə təbrik edir, yeni yaradıcılıq sevincləri arzulayırıq.


Photogallery


Copyright © 2012. All rights reserved. Site designed by leading web studio lider.az